# Edumen Təhsil Kursu İdarə Sistemi
Edumen sistemi sizin kursunuz üçün ideal idarə etmə sistemidir.
## Baxış Səhifəsi
Baxış səhifəsində dərslərin cədvəlinə uyğun olaraq gün və həftə üçün kalendar görünür.
Əlavə olaraq, kursa aid görüləcək işlərin siyahısı tutulur.
Baxış səhifəsini istəyə uyğun olaraq dəyişmək mümkündür.
## Kassa Səhifəsi
Kassa səhifəsinin funksionallıqları bunlardır:
- Gəlir və xərclərin idarə olunması
- Ödənişlərin etiketlənməsi
- İllik, aylıq, həftəlik, günlük detallı hesabat, etiketlərə görə bölünmə
- Təhsil haqqı və maaşların ödənməsinə uyğun hesabat
- Tam tarixçə
## Təhsil Haqqı Səhifəsi
Təhsil haqqı səhifəsində bütün şagirdlər üçün qeydiyyat olduqları siniflərə görə borclar tutulur.
Hər ay üçün borc səhifəsi yaranır və hər sinif üçün nəzərdə tutulmuş təhsil haqqı hər şagird üçün avtomatik qeyd olunur.
Sistem idarəçisi hər ay üçün şagirdə ayrıca güzəşt edə bilər.
Ödənmiş olaraq qeyd olunan təhsil haqqı avtomatik olaraq kassaya gəlir kimi əlavə olunur.
Şagirdin ilk və son ayı üçün borcu nizamlamaq mümkündür.
Ödənişi hissə-hissə ödəmək mümkündür.
## Maaşlar Səhifəsi
Maaşlar səhifəsində kadrlar üçün nəzərdə tutulmuş maaşlar və onların statusu izlənilir.
Hər ay üçün maaşlar ayrı hesablanır.
Hər kadr üçün maaş avtomatik olaraq onun aylıq maaşına əsasən qeyd olunur və sistem idarəçisi maaşa aylıq nizamlamalar edə bilir.
Ödənilmiş maaşlar avtomatik olaraq kassaya xərc kimi əlavə olunur.
Maaşların hissə-hissə ödənməsi mümkündür.
## Şagirdlər Səhifəsi
Şagirdlər səhifəsində şagirdlərin ümumi siyahısı və onlar üzərində əməliyyatlar icazə verilir.
Hər şagird üçün istənilən məlumatları yığmaq mümkündür.
Hər şagirdin ayrıca hesab səhifəsində onun borcu, ödəniş tarixçəsi və transkripti qeyd olunur.
## Kardlar Səhifəsi
Kadrlar səhifəsi şagirdlər səhifəsi ilə oxşardır. Eyni yaxud oxşar funksionallıqlar uyğun olaraq kadrlara şamil olunur.
## Siniflər Səhifəsi
Siniflər səhifəsində kursdakı siniflər və onların hərəsi üçün sinfi idarə edən kadrlar (müəllimlər) və sinfin şagirdləri qeyd olunur.
Hər sinfin cədvəlini qeyd etmək mümkündür.
Müəllimlər sinifdəki şagirdlər üçün imtahan nəticələri qeyd edə bilər.
## Mesajlar Funksionallığı
Bütün təhsil haqqı və maaş ödənişləri və borclar uyğun adama mesaj kimi göndərilir.
Hər ayın sistemdə qeyd olunmuş günündə borclar bütün şagirdlərə göndərilir. Şagirdlər ödəniş etdikdə yaxud kadrlar maaş aldıqda, onlara aldıqları məbləğ mesaj kimi göndərilir.